Yay fəslini real olaraq nə zaman hiss edəcəyik? – Baş hidroloq AÇIQLADI

Yay fəslini real olaraq nə zaman hiss edəcəyik? – Baş hidroloq AÇIQLADI

Hazırda oxunan: Yay fəslini real olaraq nə zaman hiss edəcəyik? – Baş hidroloq AÇIQLADI

82799

“Artıq iyulun 8-9-da hətta 10-da artıq havanın temperaturunun tədricən artması gözlənilir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Məzuniyyətə hansı ayda çıxmaq sərfəlidir? – Ekspertlər doğru zamanı AÇIQLADILAR 


Mütəxəssis keçən illə nisbətdə bu ilki yay fəslinin soyuq aylara xarakterik iqlim şəraitində keçdiyini vurğulayıb:

“Qeyd edim ki, iyun ayından etibarən yay ayına xarakterik olmayan hava şəraiti müşahidə olundu. Bir sıra rayonlarda daşqın və selin olması da buna nümunədir. İyul ayının ilk günlərində də Böyük Qafqazın Şah dağ ərazisində qar və nadir hallarda qeyd edilən proseslər müşahidə olunmuşdu. Bu kimi problemlər iqlim dəyişikliyi və ekstremal hidrometeoroloji hadisələrin sayının artması səbəbi ilə olur. Ancaq onu da qeyd edim ki, iyul ayında ölkə ərazisində hava temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan yüksək olacağı gözlənilir”.

A.Verdiyev bu havalarda dənizə gedə bilməyən şəxslərə şad xəbər də verib. Belə ki, onun sözlərinə görə, müşahidə olunan sərin hava tədricən yerini isti hava kütləsi ilə əvəz edəcək:
 

“Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində isə yağış yağacağı, günün ikinci yarısında isə tədricən kəsəcəyi proqnozlaşdırılır.


Eyni zamanda mülayim cənub-şərq küləyi əsəcək. Temperatur da gündüz 32 dərəcəyə, axşam isə 25 dərəcə isti gözlənilir. Artıq iyulun 8-9-da hətta 10-da artıq havanın temperaturunun tədricən artması gözlənilir. Ayın 8-i 31-36 dərəcə, 9, 10-da isə 32-37 dərəcə proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında ümumiyyətlə artıq yaxın 2-3 gün ərzində temperaturun yüksəlməsi proqnozlaşdırılır”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO