Finalda uduzan erməni:“Mənə çox yaxşı münasibət göstərən azərbaycanlı....”x9d

Finalda uduzan erməni:“Mənə çox yaxşı münasibət göstərən azərbaycanlı....”x9d

Hazırda oxunan: Finalda uduzan erməni:“Mənə çox yaxşı münasibət göstərən azərbaycanlı....”x9d

81631
Erməni güləşçi Miqran Arutyunyan (66kq) Bakı-2015-in finalında rus güləşçi Artyom Surkova məğlubiyyətdən sonra təəssüratları ilə bölüşüb. 

Moderator.az-ın məlumatına görə, güləşçi bildirib ki, final oyunu ağır keçib. 

“Mən psixoloji olaraq final qarşılaşmasına hazır idim. Ancaq final döyüşü mənim üçün ən ağır döyüş olmadı. Ən ağır döyüşüm azərbaycanlı Həsən Əliyev və serb Maksimoviçə qarşı olan döyüşlər idi. Onların hər ikisi çox güclü döyüşçülərdir”x9d, - deyə Miqran Arutyunyan bildirib. 

Erməni idmançı bildirib ki, Bakı-2015 haqda təəssüratlarının çox yaxşı olduğunu bildirib. “Buraya mənə böyük etiraz olacağını bilə-bilə gəldim. Bundan başqa mənə çox yaxşı münasibət göstərən azərbaycanlılar var. Onlara təşəkkür edirəm”x9d, - deyə Arutyunyan bildirib. 

Qeyd edək ki, Miqran Arutyunyan Bakı-2015-də gümüş medal qazanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO