Kürdəmirdə avtomobil su kanalına düşdü: Bir ailənin 4 üzvü... – FOTO/VİDEO

Kürdəmirdə avtomobil su kanalına düşdü: Bir ailənin 4 üzvü... – FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə avtomobil su kanalına düşdü: Bir ailənin 4 üzvü... – FOTO/VİDEO
81040
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə avtomobil su kanalına düşüb, bir ailənin 4 üzvü xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, sürücü Kürdəmir rayonunun Atakişili kənd sakini 33 yaşlı Sərxan Cəlal oğlu Kərimov “Nissan” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı sürücü Sərxan Kərimov və onun sərnişinləri 25 yaşlı Samirə Elxan qızı Kərimova, 2 yaşlı Aylin Sərxan qızı Kərimli və 1 yaşlı Cəlil Sərxan oğlu Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO