Qənirə Paşayeva məktəblilərlə görüşüb kitab oxumağı təbliğ etdi

Qənirə Paşayeva məktəblilərlə görüşüb kitab oxumağı təbliğ etdi

Hazırda oxunan: Qənirə Paşayeva məktəblilərlə görüşüb kitab oxumağı təbliğ etdi

81037
Millət vəkili Qənirə Paşayeva uşaqlarla görüşüb və onları xa0yay tətillərini mütailəyə həsr etməyə çağırıb, kitablar hədiyyə edib.xa0

Moderator.azxa0-ın verdiyi xəbərə görə, xa0Millət vəkili Qənirə Paşayeva onun müəllifi olduğu kitabları əldə etmək istəyən məktəblilər, gənclərlə görüşüb. Kitablarını onlara imzalı hədiyyə edən millət vəkili Qənirə Paşayeva gənclərlə xa0söhbətdən hər zaman böyük zövq aldığını deyib. Çoxlu sayda məktəblinin hər birinə özünün müəllifi olduğu imzalı kitablarla yanaşı müxtəlif maraqlı kitab və jurnalları da hədiyyə edən millət vəkili Qənirə Paşayeva onlarla geniş söhbət də edib. Millət vəkili uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənnməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba,elmə meyilliyin artması istiqamətində də onlarla söhbət edib və sualları cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə ayırmamağa çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır". Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gəncləri bu zərəli vərdişlərdən tamam uzaq durmağa çağırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO