
- A-
- A
- A+
IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Hava Limanı ilə tanış oldular
IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanında olublar.
Bizim.Media xəbər verir ki, Forum iştirakçılarına Füzuli Beynəlxalq Hava Limanını barədə məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
IX Qlobal Bakı Forumunun iştirakçıları Qarabağa getdilər
Dünya İncəsənət və Elm Akademiyasının sədri Alberto Zukkoni jurnalistlərə bildirib ki, təkcə Füzuli Beynəlxalq Hava Limanı deyil, bütün Azərbaycan çox gözəldir.
O, bu gün Şuşada keçiriləcək panellərdən söz açaraq “İnsan təhlükəsizliyi: Qlobal liderliyin formulu” mövzusunu xüsusi vurğulayıb.
"İnsan təhlükəsizliyi bütün dünyada çox önəmlidir. Bu məsələdə hər birimiz fəal olmalıyıq. Hər bir hökumət dərk etməlidir ki, bu, rifah əldə etməyin ən yaxşı yoludur", - Zukkoni qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































