“Publisistika və Köşə Yazarlığı” mövzusunda seminara YEKUN VURULDU

“Publisistika və Köşə Yazarlığı” mövzusunda seminara YEKUN VURULDU

Hazırda oxunan: “Publisistika və Köşə Yazarlığı” mövzusunda seminara YEKUN VURULDU
79677
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Medianın İnkişaf Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Publisistika və Köşə Yazarlığı” mövzusunda seminar keçirilib.

20-dən çox çap və onlayn media subyektinin nümayəndələrinin iştirak etdiyi seminarda rəngarəng mövzularda təlim keçirilib.

Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, ADA İxtisasartırma Proqramının təlimçisi və kommunikasiya üzrə mütəxəssisi Şəfəq Mehrəliyeva, Bakı Dövlət Universitetnin Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova və BDU Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova ”Azərbaycan ədəbi dilinin publisistik üslubu, bədii publisistikanın janrları, köşə yazarlığı təcrübəsi, “Azərbaycan publisistikasında qadın hüquqları uğrunda mübarizə və gender bərabərliyi məsələləri”, eləcə də “Qərb jurnalistikasında publisistik yazının strukturu, şərh vermənin etik qaydaları” mövzularında təqdimatlarla çıxış ediblər.

Daha sonra jurnalistlərlə təlimçilərin birgə iştirakı ilə bir neçə praktik çalışmalar həyata keçib. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Alçina Amilqızı, Bizim.Media

“Publisistika və Köşə Yazarlığı” mövzusunda seminara YEKUN VURULDU - foto 1
“Publisistika və Köşə Yazarlığı” mövzusunda seminara YEKUN VURULDU - foto 2
“Publisistika və Köşə Yazarlığı” mövzusunda seminara YEKUN VURULDU - foto 3
“Publisistika və Köşə Yazarlığı” mövzusunda seminara YEKUN VURULDU - foto 4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO