Bakı-Quba avtomobil yolunda təmir işləri BU TARİXDƏ başa çatdırılacaq - VİDEO

Bakı-Quba avtomobil yolunda təmir işləri BU TARİXDƏ başa çatdırılacaq - VİDEO

Hazırda oxunan: Bakı-Quba avtomobil yolunda təmir işləri BU TARİXDƏ başa çatdırılacaq - VİDEO

77156

Bakı-Quba-Rusiya Federasiyasının sərhədinə qədər olan avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış 66 kilometrlik hissəsində artıq neçə vaxtdır ki, əsaslı təmir işləri aparılır.

Bizim.Media-ya açıqlama verən AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, təmir işləri intensiv şəkildə həyata keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Sürücülərə ŞAD XƏBƏR: Bakı-Quba yolu təmir olunacaq


Bəs yol tam istifadəyə nə vaxt veriləcək?

“Hazırda Quba-Bakı yolunun 52-118-ci kilometrliyində əsaslı təmir işləri aparılır. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissə üzrə icra edilir. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib. İşlərin sürətlə və keyfiyyətlə aparılması üçün əraziyə kifayət qədər maşın və texnika cəlb edilib. Hədəfimiz odur ki, bu ilin dekabrınadək yolu təmir edib istifadəyə verək”.

Surxay Atakişiyev, Bizim.Media














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO