Azərbaycanda vaksinlənməyə hazırlıq başlanıldı - FOTO

Azərbaycanda vaksinlənməyə hazırlıq başlanıldı - FOTO

Hazırda oxunan: Azərbaycanda vaksinlənməyə hazırlıq başlanıldı - FOTO

7682

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tərəfindən “Yeni klinika” tibb müəssisəsinin nəzdində olan təlim mərkəzində “COVİD19 - vaksinlənmə prosesinin təşkili və əlavə təsirlərinin idarə edilməsi” adlı təlimlərə start verilib.

Bizim.Media-nın xəbərinə görə, bu barədə TƏBİB məlumat yayıb.

Məlumatda bildirlib ki, təlimlər zamanı vaksinin daşınması, saxlanması və istifadəsi qaydaları, vaksinlərin inyeksiyası zamanı ola biləcək əlavə təsirlərin növləri, allergik reaksiyalar baş verdikdə tibbi yardımın təşkili kimi mühüm təlimatlar ÜST və UNİCEF – in təlimatları əsasında məruzə, prezentasiya və maket üzərində praktik məşğələlər şəklində vaksinasiya prosesinin yerlərdə həyata keçirilməsi üçün seçilmiş səyyar briqadaların üzvlərinə çatdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə!


Eyni zamanda təlimlər zamanı ilk dəfə olaraq həkim, tibb bacısı və sürücüdən ibarət tibbi briqadanın komanda şəklində işləmə bacarıqları, koordinasiya olunmuş tərzdə sinxron tibbi yardım, müxtəlif hallar zamanı rasional yanaşma taktikaları iştirakçılara təqdim edilmişdir. TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin yüksək ixtisaslı əməkdaşları tərəfindən həyata keçiriləcək təlimlərdə hər həftə 40 nəfərlik həkim briqadasının iştirak etməsi planlaşdırılır. 

Məlumat üçün bildirək ki, iştirakçıların prezentasiya əsasında keçirilən təlimlərlərdən ibarət video-təqdimatlar hazırlanaraq TƏBİB-in tabeliyində olan bütün müəssisələrə göndəriləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO