Ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə azadlıqda

Hazırda oxunan: Ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə azadlıqda

76567

Ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra azadlığa buraxılıb. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Şəmsi Səmədzadə sosial şəbəkələrdə müzakirə mövzusu olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev ƏFV SƏRƏNCAMI İMZALADI - SİYAHI


Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. 

Yerli mediada Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb. 

Qeyd edək ki, Ş.Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO