Şəhidlərin anım mərasimləri keçirildi - FOTO/VİDEO

Şəhidlərin anım mərasimləri keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: Şəhidlərin anım mərasimləri keçirildi - FOTO/VİDEO
75623
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz - Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Vətən müharibəsi şəhidləri Qərib Baxşəliyev, Ramiq Mikayılov, Raqib Hüseynov, Nurlan Həsənov, Vüsal Muradov, Seymur Abbasov, Xəyal Aslanov, Ceyhun Xəlilov, Eltun Kərimov, Əli Cəfərli, Elşən İbrahimov, Miqdad Abduləlimov, Səbuhi Məcidov və Rahid Sadıxovun xatirəsinə həsr olunan anım mərasimlərində Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak ediblər.

Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub.

Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söhbət açıblar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO