Şəhərin mərkəzindəki eskalatorlar niyə İŞLƏMİR? – İki dövlət qurumundan BÖLGÜ DAVASI - FOTO

Şəhərin mərkəzindəki eskalatorlar niyə İŞLƏMİR? – İki dövlət qurumundan BÖLGÜ DAVASI - FOTO

Hazırda oxunan: Şəhərin mərkəzindəki eskalatorlar niyə İŞLƏMİR? – İki dövlət qurumundan BÖLGÜ DAVASI - FOTO

75394

Son zamanlar Bakı şəhərindəki keçidlərin əsaslı bərpası və texniki təchizatının güclənməsi ilk növbədə əhalinin rifahının yaxşılaşdırılmasına, daha sonra isə şəhərimizin gözəlləşməsinə xidmət edir.       

Amma bəzən bərpa proseslərindən sonra keçidlərdəki eskolatorların uzun müddət işləməməsi insanlarda ancaq “görüntü üçün qoyulubmuş” təəssüratı yaratmağa başlayır.

Daha ötəsi isə işləməyən eskolatoru düşüb qalxmaqda əziyyət çəkən və ya sağlamlığı buna imkan verməyən sürət həddi yüksək olan avtomobil yolundan keçmək həyatlarını təhlükəyə atırlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Piyada keçidlərində eskalatorlar nə vaxt işləyəcək? - VİDEO


Analoji problemlərdən biri də hazırda Bakının mərkəzi küçələrindən biri olan Nəsimi rayonu ərazisində Heydər Əliyev adına Saraydan Qış Parkına doğru gedən yolda, konkret desək, Bülbül prospekti “52-56” və Bülbül prospekti “49-61” ünvanlarında yerləşən keçidlərdəki eskolotorların işləməməsidir. Daha doğrusu, hər gün yüzlərlə adamın istifadə etdiyi bu eskalatorlar ilin cəmi 3 və ya 4 ayında tam olaraq işlək vəziyyətdə olur. 

Sakinlərin sözlərinə görə bəzilərində təmir işləri gedir, bəziləri heç təmir də olunmur. Müfafiq qurumlara müraciət edilsə də nəticə yoxdur. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sözügedən ərazidəki keçiddə olan eskolotorların AYDA-nın səlahiyyətində deyil, Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğunu bildirib.

Bakı Şəhər İcra Hakimiyyətindən isə saytımıza, əksinə sözügedən əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh olduğu qeyd olunub. 

Yenidən AYDA-ya geri dönüş etsək də, qurumun rəsmisi Anar Nəcəfli Heydər Əliyev Sarayından Qış Parkına gedən yoldakı ərazinin rəsmi olaraq Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğunu təkrarlayıb. 

Göründüyü kimi adıçəkilən qurumlar öz aralarında indiyədək sözügedən ərazi bölgüsünü hələ də tam dəqiqləşdirə bilməyiblər. 

Görünür bu addım hər iki qurum üçün həlli tapılmayan problemin məsuliyyətindən yaxa qurtarmaq üçün ən əlverişli variantdır.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO