Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda bu marşrutların hərəkət sxemi dəyişəcək

Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda bu marşrutların hərəkət sxemi dəyişəcək

Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda bu marşrutların hərəkət sxemi dəyişəcək
74186
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhərində keçiriləcək “Bakı Marafonu - 2022” ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun 23 sayda marşrutun hərəkət sxeminə 15 may 2022-ci il tarixi etibarilə aşağıda qeyd olunan qaydada dəyişiklik ediləcək. 

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Məlumata görə, dəyişikliklər aşağıdakı kimi olacaq: 
 
- 1, 2, 4, H1 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri Y.Səfərov küç. istiqamətində dəyişdirilərək Puşkin - Nizami – Y.Səfərov küçələri ilə təşkil ediləcək; 

- 5 və 88 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi “28 May” metro stansiyası (Puşkin küç.) olmaqla təşkil ediləcək; 

- 6 nömrəli marşrutun fəaliyyəti 2 istiqamət üzrə - yəni 20-ci Sahə y/m (F.Ö.Nemanzadə küç.) – İçərişəhər metro stansiyası və Axundov bağı – “Azadlıq prospekti” metro stansiyası istiqamətində təşkil ediləcək; 

- 10 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Xocalı pr. (“Xətai” metro stansiyası) olmaqla, fəaliyyəti M.Müşfiq – A.Şaiq – Ş.Bədəlbəyli – D.Əliyeva – Puşkin – Nizami – Y.Səfərov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək; 

- 18 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Ə.Cavad küç. (Nizami bağı) olmaqla, fəaliyyəti Ş.Şamil – İstiqlaliyyət – Azərbaycan pr. - Ə.Cavad – B.Sərdarov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək; 

- 21, 32, 46, 175 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi 8 Noyabr pr.-də (Bakı Fransız Liseyi) olmaqla təşkil ediləcək; 

- 30 və 49 nömrəli müntəzəm marşrutların fəaliyyəti D.Əliyeva – Nizami - Y.Səfərov küçələri ilə təşkil ediləcək; 

- 53 nömrəli müntəzəm marşrutun son dayanacaq məntəqəsi B.Sərdarov küç. (Axundov bağı) olmaqla təşkil ediləcək; 

- 61 nömrəli müntəzəm marşrutun fəaliyyəti S.Vurğun – Ş.Bədəlbəyli – R.Behbudov – S.Əsgərova küçələri ilə təşkil ediləcək; 

- 65 nömrəli müntəzəm marşrutun fəaliyyəti Lermontov küç. – Ş.Şamil küç. – İstiqlaliyyət küç. – Azərbaycan pr. ilə təşkil ediləcək; 

- 125, 127 və 205 nömrəli müntəzəm marşrutların fəaliyyəti Bakı Dairəvi Avtomobil yolu ilə təşkil ediləcək; 

- 120 və 149 nömrəli müntəzəm marşrutların fəaliyyəti Yeni Salyan yolu – Bibiheybət yolu – 20-ci Sahə dairəsi, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO