Azərbaycan Ordusu Şurnuxuya daxil oldu - VİDEO

Azərbaycan Ordusu Şurnuxuya daxil oldu - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusu Şurnuxuya daxil oldu - VİDEO
7211
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan əsgərləri Ermənistanla sərhəd olan Şurnuxu kəndinə daxil olubar.

Bizim.Media “Sputnik Armenia”ya  istinadən xəbər verir ki, bunu Şurnuxun muxtarı Hakob Arşaktyan feysbuk hesabında canlı bağlantıda söyləyib:
 


MÖVZU İLƏ BAĞLI:

Şurnuxu kəndinin sakinləri yolu bağladı – VİDEO

“Şurnuxda Azərbaycan bayraqları gözümüzü deşir” - İCMA RƏHBƏRİ



"Hər şey bitdi. Azərbaycanlılar kəndə girdilər, bir yazı düzəltdilər və 5 yanvara qədər vaxt verdilər",-deyə o qeyd edib.

Arşaktyan sərhədi təyin edərkən Sovet Baş Qərargahının 1942-ci il xəritələrinin əsas götürüldüyünü də vurğulayıb:

"Bu xəritələrdən məndə də var və orada sərhəd kəndi aşır",-deyə o söyləyib.

Qeyd edək ki, daha əvvəl Arşakyan “Sputnik Armenia”ya  Şurnux kəndinin bir hissəsinin Azərbaycana veriləcəyi və sakinlərinin 24 saat ərzində oranı tərk etməli olacaqlarını söyləmişdi.

O, Rusiya tərəfinin vasitəçiliyi ilə 12 "mübahisəli" evin sakinlərinin ən az 2-3 yanvar tarixinə qədər Şurnuxda qalacaqlarını əlavə etmişdi.

Bizim.Media
 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO