
- A-
- A
- A+
Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində ilk panel iclası başladı
Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclası başlayıb.
Bizim.Media xəbər verir ki, iclas Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilir.
Panel iclasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Almaniya Azərbaycanlıları Alyansın sədri, tibb elmləri doktoru Nuran Abdullayev, Gürcüstanın İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, “Sara Xatun” Qadınlar Cəmiyyətinin rəhbəri Simuzər Baloğlanova və Türkiyənin “Star” qəzetinin xarici siyasət yazarı, araşdırmaçı jurnalist Sevil Nuriyeva çıxış edəcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































