Azərbaycan ukraynalı qaçqınlar üçün növbəti humanitar yardımı göndərdi - FOTO 

Azərbaycan ukraynalı qaçqınlar üçün növbəti humanitar yardımı göndərdi - FOTO 

Hazırda oxunan: Azərbaycan ukraynalı qaçqınlar üçün növbəti humanitar yardımı göndərdi - FOTO 
69740
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib. 

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.

Xatırladaq ki, ölkə rəhbərliyinin tapşırığına əsasən fevralın 27-si və martın 12-si Azərbaycan ümumi dəyəri 21,5 milyon manatdan (11,5 milyon avrodan) artıq olan dərman vasitələri və tibbi vasitələr, eləcə də ərzaq və qida məhsulları göndərib. 
İndiyədək ümumilikdə 520 tonadək humanitar yardım göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO