Goranboyda ŞOK HADİSƏ: 3 yaşlı uşağın adına 23 il əvvəl necə avtomobil alınıb? - FOTO

Hazırda oxunan: Goranboyda ŞOK HADİSƏ: 3 yaşlı uşağın adına 23 il əvvəl necə avtomobil alınıb? - FOTO

69664

Goranboy rayonunda hər kəsi heyrətə gətirəcək hadisə baş verib. Belə ki, 3 ildir ünvanlı sosial yardım alan goranboylu ailə absurd səbəbə görə artıq bu yardımı ala bilmir. Səbəb isə ailənin 3 yaşlı körpəsinin adına avtomobil olduğunun aşkarlanmasıdır.

Bəli düz eşitdiniz, sən demə 3 yaşlı körpənin bir avtomobili varmış, həm də 46 il öncə istehsal olunmuş və bu uşaq tərəfindən 23 il əvvəl alınıb.
Bizim.Media-nın araşdırmasına görə, bu ağılasığmaz hadisə Goranboy rayonunun Balakürd kənd sakini olan Aslanovlar ailəsində baş verib.

Ailə başçsı Hüseyn Aslanovun sözlərinə görə, 5 nəfərdən ibarət olan bu ailənin sosial yardım almaq istəyi aidiyyatı nazirlik tərəfindən rədd edilib:

“2 azyaşlı qız  və 1 oğlan övladım var. 3 ildir ünvanlı sosial yardım alırdıq. Amma 2018-ci il təvəllüdlü oğlum Həsən Aslanovun adına “10XH563” dövlət nömrə nişanlı 1976-cı ilin istehsalı olan avtomobilin olduğu deyilir. Belə bir məntiqsiz cavabın və qərarın haradan qaynaqlandığını anlamaqda çox çətinlik çəkirik”.

Şikayətçi H.Aslanovun sözlərinə görə, adiyyatı olaraq lazımi ünvanlara zəng etsə də ona tutarlı cavab verən tapılmır: 

“Nazirliyin “142”, “902” və “102” qaynar xətt nömrələri ilə əlaqə saxlamışam. Bildirmişəm ki, ailəmin bu günədək heç bir markalı avtomobili olmayıb. Əgər belə olsaydı son 3 il ərzində üzə çıxardı və bu dönəmdə ailəyə sosial yardım təyin edilməzdi. Digər tərəfdən 3 yaşlı uşağın adına 272 aydır istifadəsində olan avtomobilin olması gülünc və absurd məsələdir.
Kasıb ailəyik, birtəhər dolanırıq, avtomobilimiz isə heç vaxt olmayıb. Zəng etdiyim qaynar xətlərdə də sualım çaşqınlıq yaratdı. Amma çox təəssüf ki, aidiyyati qurumlar məsuliyyəti bir-birinin üzərinə atır”, - deyə şikayətinin həll yolunu axtaran H.Aslanov kimlərə müraciət etməli olduğunu artıq bilmir.

Məsələ ilə bağlı araşdırmamız davam edəcək...

Ehtiram Muradov, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO