Rəsmi Kiyev İstanbul danışıqlarının ilk detallarını açıqladı

Rəsmi Kiyev İstanbul danışıqlarının ilk detallarını açıqladı

Hazırda oxunan: Rəsmi Kiyev İstanbul danışıqlarının ilk detallarını açıqladı
66961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İstanbulda Rusiya ilə aparılan danışıqların ilk detallarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Podolyak çıxışı zamanı hazırda bir sıra mühüm məsələlər üzrə məsləhətləşmələr aparıldığını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Danışıqlar Ukrayna üçün çətin gedir” – Ukrayna Prezident Ofisi 


O deyib:

“Hazırda bir neçə mühüm məsələ üzrə məsləhətləşmələr aparılır. Əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatlarına dair razılaşmadır, məhz onunla biz müharibəyə son qoya bilərik. İkinci məsələ, heç də az əhəmiyyətli deyil, bütün humanitar problemlərin həlli üçün atəşkəsdir”.

Eyni zamanda, o əlavə edib ki, indi böyük problem müharibənin daha da qızışmasıdır.

“Mən ayrıca qeyd etmək istəyirəm ki, bu gün başlıca problem müharibənin getdikcə böyüməsidir, əsirlərə qarşı münasibətdir. Əsirlərin çəkilən videolarından görünür ki, bu, Cenevrə Konvensiyasının pozulmasıdır. Belə halların təkrarlanmaması üçün birgə səylərin aparılması müzakirə olunub”, - deyə Podolyak bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO