Bakıda yeni marşrut xətti açılır - SABAHDAN

Bakıda yeni marşrut xətti açılır - SABAHDAN

Hazırda oxunan: Bakıda yeni marşrut xətti açılır - SABAHDAN
65778
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, Bakı Dəmiryolu Vağzalı - 11 saylı məktəb istiqamətində 27 nömrə adı altında yeni müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Bizim.Media-ya  Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, marşrutun fəaliyyəti 21.03.2022-ci il tarixindən təşkil ediləcək.

Belə ki, dəyişiklikdən sonra vətəndaşların Murad Qafur, Zaur Nudirəliyev, Ceyhun Hacıbəyli küçələrində yerləşən təhsil müəssisələri, iaşə obyektlərinə, eyni zamanda "Çermet" adlanan yaşayış massivindən birbaşa əlavə ödəniş etmədən “28 May” m/st istiqamətində gedişləri mümkün olacaq.

Marşrutun başlanğıc dayanacaq məntəqəsi Murad Qafur küçəsi (11 saylı məktəb), son dayanacaq məntəqəsi isə Süleyman Rəhimov küçəsi (Bakı Dəmiryolu vağzalı) müəyyənləşdirilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO