Ukraynada təhsil alan azərbaycanlı tələbələrin NƏZƏRİNƏ: Hərbi xidmətə çağırılacaqlar?

Ukraynada təhsil alan azərbaycanlı tələbələrin NƏZƏRİNƏ: Hərbi xidmətə çağırılacaqlar?

Hazırda oxunan: Ukraynada təhsil alan azərbaycanlı tələbələrin NƏZƏRİNƏ: Hərbi xidmətə çağırılacaqlar?

64824

Ukraynada təhsil alan azərbaycanlı tələbələrə təhsil müddətini bitirənə qədər hərbi xidmətdən möhlət hüququ veriləcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

"Bununla əlaqədar çağırışçılar təhsil almaları barədə sənədi Xidmətin yerli struktur bölmələrinə təqdim etdikləri halda müvafiq təhsilini bitirənədək çağırışdan möhlət verilir",-məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO