"Azərbaycanda bunları ilk dəfə mən etmişəm"

"Azərbaycanda bunları ilk dəfə mən etmişəm"

Hazırda oxunan: "Azərbaycanda bunları ilk dəfə mən etmişəm"
646059
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Abbas Bağırov musiqi sahəsində etdiyi texniki yeniliklərdən söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. 

O, bir sıra yenilikləri Azərbaycanda ilk dəfə özünün tətbiq etdiyini bildirib:

"2008-ci ildən etibarən qulaq monitorlarından istifadə etməyə başladım. İlk dəfə 2005-ci ildə "iPad"dən istifadə etdim. O vaxt minidisklərdən "iPad"ə keçidi də mən etdim. Riskə getdim, amma bunu da ilk dəfə mən etdim.
 

İndi baxırıq ki, musiqiçilər artıq səs gücləndiricilərini arxadan yox, öndən yerləşdirirlər. Bu yeniliyi də ilk dəfə 2009-2010-cu illərdə mən sınaqdan keçirdim. Çünki ilk peşəm səs rejissorluğu olub. Səslənməni çox sevirəm. Bu gün getdiyim tədbirlərdə şərtlərimdən biri də mütləq öz səs avadanlığımın orada olmasıdır.


Bəlkə də, kimsə haradasa bunu edib. Amma ölkədə mən etmişəm. Xarici ölkələrdə olanda maraqlanırdım ki, görəsən, müğənnilər qulaqlarına nə taxırlar, bu, nəyə kömək edir? Özüm də istifadə etdim və gördüm ki, səslənmədə fərq var". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO