İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto

İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto

Hazırda oxunan: İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto
645541
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatları (PUA) aşkarlanaraq zərərsizləşdirilib.
 

Hadisə yerlərinə baxış zamanı "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.


Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO