Biləsuvar qəzasında ölən və xəsarət alanların ADLARI

Biləsuvar qəzasında ölən və xəsarət alanların ADLARI

Hazırda oxunan: Biləsuvar qəzasında ölən və xəsarət alanların ADLARI

641661

Biləsuvar rayonunda bu gün baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı ölənin və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, xəsarət alanlar Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əliyev Mahmudağa Hacıağa oğlu, Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Əmənova Nişanə Mübariz qızı, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rauf Volodiya oğlu və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Əhədov Pərviz Mübariz oğludur.

Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Qurbanov Fəxrəddin Adil oğlu ölüb.

Qeyd edək ki, hadisə Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, yolun Bakı istiqamətində hərəkətdə olan "Niva" markalı avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan "Mercedes" markalı avtomobillə toqquşub. Sonra zərbənin təsirindən idarəetmədən çıxan "Niva" və "Mercedes" markalı avtomobillər daha iki maşınla toqquşub.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO