Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Hazırda oxunan: Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

641207

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində bu gün minaya düşən Qəhrəmanov Əşrəf Elman oğlu şəhid Ruhin Qəhrəmanovun atası, Qəhrəmanov Orxan Əşrəf oğlu isə qardaşıdır.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
 

Xatırladaq ki, bu gün Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində iki mina hadisəsi baş verib. 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Bundan bir müddət sonra 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu oğlunun minaya düşdüyü əraziyə daxil olaraq piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorlug‌unda aras‌dırma aparılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO