Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Hazırda oxunan: Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

640775

Adi fiziki yükə dözümlülüyün qəfil azalması ürək problemlərinin əlaməti ola bilər. Bu xüsusilə pilləkən qalxarkən özünü göstərə bilər.

Bizim.Media xəbər verir ki, bunu kardioloq Aleksandr Roqaçev “Podmoskovie seqodnya” nəşrinə açıqlamasında deyib.
 

Onun sözlərinə görə, insan əvvəllər rahatlıqla bir neçə mərtəbə qalxırdısa, indi eyni fiziki yük zamanı güclü təngnəfəslik və halsızlıq yaranırsa və ya dincəlməyə ehtiyac duyursa, bunu avtomatik olaraq yaşla və ya fiziki hazırlığın zəifliyi ilə əlaqələndirmək olmaz.


Mütəxəssis bildirib ki, bu cür simptomlara ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, ürək ritminin pozulması kimi xəstəliklər səbəb ola bilər.

Bununla yanaşı, belə hallarda yalnız kardioloqa deyil, ağciyərlərin vəziyyətinə və mümkün qanazlığına da diqqət yetirmək lazımdır. Həkim özbaşına diaqnoz qoymamağı və mütləq tibbi müayinədən keçməyi tövsiyə edib.

Kardioloq fiziki yük zamanı təngnəfəsliklə yanaşı döş sümüyünün arxasında ağrı, təzyiq və ya yanma hissinin yaranmasını xüsusilə təhlükəli əlamət hesab edir. Bundan əlavə, ürək döyüntülərində fasilələr və ya kəskin sürətlənmə, başgicəllənmə və huşunu itirmə ərəfəsində olan vəziyyət də diqqətdən kənarda qalmamalıdır.

Bəzi simptomların fiziki yük zamanı deyil, ondan sonra və ya gecə saatlarında yarana biləcəyi də bildirilir.

Bunlara ayaqlarda şişkinlik, bədən çəkisinin sürətlə artması, uzanmış vəziyyətdə təngnəfəslik və yuxu zamanı qəfil hava çatışmazlığı tutmaları daxildir.

Roqaçevin sözlərinə görə, təngnəfəslik qəfil və şiddətli şəkildə yaranırsa, xüsusilə döş qəfəsində ağrı və ya narahatlıq, soyuq tər, ürəkbulanma, gücsüzlük və ya şüur pozuntusu ilə müşayiət olunursa, təcili tibbi yardım çağırmaq lazımdır. Bu əlamətlər kəskin koronar sindrom zamanı müşahidə oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO