“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edildi – FOTO/VİDEO

“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edildi – FOTO/VİDEO

Hazırda oxunan: “Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edildi – FOTO/VİDEO

639284

Azərbaycan, Türkiyə və Özbəkistanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssisləri “Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətlərini yerinə yetiriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Qızılqaya" Təlim Mərkəzində keçirilən təlim zamanı hər üç ölkənin hərbi qulluqçuları vahid komanda tərkibində kiberəməliyyat qrupu kimi fəaliyyət göstəriblər.
 

Təlimin planına uyğun olaraq kiberəməliyyat qrupu qanunsuz silahlı qruplaşmaların kiberhücumlarının qarşısının alınması və bölmələrimizin informasiya-kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması üzrə tapşırıqları yerinə yetiriblər.


Kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislər təlimin gedişində bölmələrin taktiki fəaliyyətini dəstəkləmək üçün kibertəhlükəsizlik tədbirlərini yerinə yetirərkən yüksək peşəkarlıq nümayiş etdiriblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO