Ötən əsrin 80-ci illərində Bakıda baş vermiş ailə faciəsi bu gün də eşidənləri şoka salır.
Bərbərovlar ailəsinin evdə saxladığı "Kinq" adlı şir məktəbdən evə gələn oğlanı və anasını pəncəsiylə vurub və hər ikisi ölüb.
Bizim.Media xəbər verir ki, həmin şirin skeleti Azərbaycanda Palçıq Vulkanları Turizm Kompleksində saxlanılır.
Qeyd edək ki, Bərbərovlar ailəsi (memar Lev Bərbərov və həyat yoldaşı Nina) xəstə doğulmuş "King" adlı şir balasını evlərinə gətirərək onu böyütmüşdülər. Tamamilə əhliləşdirilmiş bu şir sovet kinosunun ulduzuna çevrilmiş, hətta məşhur "İtaliyalıların Rusiyada inanılmaz macəraları" filmində çəkilmişdi. Lakin King Moskvadakı çəkilişlər zamanı bir gəncə hücum etdiyi üçün milis tərəfindən güllələnmişdi.
King-in ölümündən sonra ailə dərin sarsıntı keçirir və onun əvəzinə "King II" adlı başqa bir şir balası götürür. Lakin ikinci şir daha əsəbi, şərtsiz tabe olmayan və aqressiv xarakterə malik idi.
1980-ci ilin dekabr ayında faciə baş verir. Ailə başçısı Lev Bərbərov bir müddət əvvəl vəfat etmişdi. Ailənin pəncərəsiz və dar mənzilində qalan King II, Nina Bərbərovanın ehtiyatsızlığı və ya heyvanın psixoloji gərginliyi səbəbindən qəfil idarəolunmaz hala gəlir. Şir əvvəlcə Nina Bərbərovaya hücum edir, onu xilas etməyə çalışan 14 yaşlı oğlu Romanı isə ağır şəkildə yaralayaraq öldürür.
Hadisə yerinə gələn milis əməkdaşları evi mühasirəyə alaraq qəzəblənmiş şiri güllələyirlər.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:35 / 28.09.2026
Bakıda ailə faciəsi törədən şirin skeleti burada saxlanılır – VİDEO
Hazırda oxunan: Bakıda ailə faciəsi törədən şirin skeleti burada saxlanılır – VİDEO
Hazırda oxunan: Bakıda ailə faciəsi törədən şirin skeleti burada saxlanılır – VİDEO
639193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































