Bu il palçıq vulkanlarımıza hansı ölkələrdən, nə qədər turist gəlib? - FOTO

Bu il palçıq vulkanlarımıza hansı ölkələrdən, nə qədər turist gəlib? - FOTO

Hazırda oxunan: Bu il palçıq vulkanlarımıza hansı ölkələrdən, nə qədər turist gəlib? - FOTO

639184

Palçıq Vulkanları Turizm Kompleksini 2026-cı ilin yanvar-avqust ayları ərzində, ümumilikdə 28 979 nəfər bilet alaraq ziyarət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəy Dövlət Turizm Agentliyi tərəfindən Palçıq Vulkanları Turizm Kompleksinə təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında məlumat verib. 

Murad Ağabəyin sözlərinə görə, onlardan 26 235 nəfər xarici, 2 744 nəfər yerli turist olub. 

"798 nəfər ödənişsiz qaydada Kompleksi ziyarət edib. Xarici turistlər dünyanın 150-dən çox ölkəsini təmsil ediblər. Onlar arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil ediblər".












Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO