Yüz mindən çox şəxs qoruqları ödənişsiz ziyarət edib – RƏSMİ

Yüz mindən çox şəxs qoruqları ödənişsiz ziyarət edib – RƏSMİ

Hazırda oxunan: Yüz mindən çox şəxs qoruqları ödənişsiz ziyarət edib – RƏSMİ

639176

Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və turizm müəssisələrinə ilin ötən səkkiz ayında ümumilikdə 432 min nəfər bilet alaraq ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəy Dövlət Turizm Agentliyi tərəfindən Palçıq Vulkanları Turizm Kompleksinə təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, bilet almayaraq ödənişsiz şəkildə ziyarət edənlərin sayı yüz mindən artıqdır.

"Palçıq vulkanları turizm kompleksi son illərdə turistlər tərəfindən ən çox ziyarət edilən turizm obyektlərindən biridir. İldə minlərlə turist palçıq vulkanlarını ziyarət edir. Burada dövlətimiz tərəfindən yaradılan şəraitlə tanış olur, eyni zamanda Azərbaycanın təbii irsi olan palçıq vulkanlarını yaxından görə bilirlər.

Kompleks ərazisində turizm informasiya mərkəzi, master-klasların keçirildiyi məkanlar, dulusçuluq emalatxanası, rəsm emalatxanası, eyni zamanda müxtəlif mineral suların sərgiləndiyi sərgi zalı, təbiət tarixi sərgi zalı və digər, belə deyək, məhsullar mövcuddur.

Eyni zamanda burada yaradılan şərait sayəsində palçıq vulkanlarını daha yaxından görə bilirik və onlara toxunmadan, heç bir zərər vermədən tanış olmaq imkanımız olur".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO