Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO
636553
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana işgüzar səfər çərçivəsində “Altynken” qızıl mədəni və “Kyrgyzaltyn” şirkətinin Kara-Balta şəhərində yerləşən affinaj zavodunu ziyarət edib.

Bizim.Media xəbər verir ki, nümayəndə heyəti Qırğızıstanın Çuy vilayətində yerləşən “Altynken” mədəninin fəaliyyəti, istehsalat infrastrukturu və qızıl hasilatının əsas mərhələləri ilə tanış olub.

Mütəxəssislər filizin şaxta üsulu ilə karxanadan istehsal sahələrinə daşınması, emalı və digər texnoloji proseslər barədə məlumat veriblər.

Bildirilib ki, “Altynken” qızıl mədəni Qırğızıstanın “Kyrgyzaltyn” şirkəti ilə Çinin iri mədənçilik korporasiyası “Zijin Mining” arasında yaradılmış birgə müəssisə tərəfindən 2016-cı ildən etibarən istismar olunur.
 

Səfər zamanı istehsal sahələrinə baxış keçirilib, filizin emalı texnologiyası, tətbiq olunan texniki həllər və sənaye təhlükəsizliyi standartları ilə tanışlıq olub. Tərəflər arasında mədən sənayesi, qızıl hasilatı və istehsal prosesləri üzrə təcrübə mübadiləsi aparılıb, müasir texnologiyaların tətbiqi və gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələr keçirilib.


Daha sonra nümayəndə heyəti Kara-Balta şəhərində yerləşən affinaj zavoduna baş çəkib.

Burada istehsal infrastrukturu və texnoloji proseslər, laboratoriya və keyfiyyətə nəzarət sistemləri, təhlükəsizlik standartları, eləcə də ekoloji və istehsalat tələbləri barədə məlumat verilib.

Qonaqlar qızıl külçələrin istehsal sahəsinə baxış keçirərək məhsulların hazırlanması prosesi ilə tanış olublar. Mütəxəssislər qızıl məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, həmçinin istehsal prosesinin əsas mərhələləri barədə məlumat veriblər.
 

Səfər çərçivəsində tərəflər qızıl sənayesində istehsal texnologiyalarının tətbiqi, qabaqcıl təcrübələrin öyrənilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.


Qeyd edək ki, səfər “AzerGold” QSC ilə “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında imzalanmış Memorandum çərçivəsində həyata keçirilib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO - foto 1
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO - foto 2
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO - foto 3
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO - foto 4
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO - foto 5
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO - foto 6
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO - foto 7
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO - foto 8
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodunda – FOTO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO