Aeroportda sərnişinlərin baqajından gömrükdən gizlədilən dərmanlar və siqaretlər AŞKARLANDI

Aeroportda sərnişinlərin baqajından gömrükdən gizlədilən dərmanlar və siqaretlər AŞKARLANDI

Hazırda oxunan: Aeroportda sərnişinlərin baqajından gömrükdən gizlədilən dərmanlar və siqaretlər AŞKARLANDI

636541

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində 3 fakt üzrə gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkar edilib.
 
Bizim.Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.
 

Yoxlama zamanı hər üç vətəndaşa məxsus baqajlardan gömrük nəzarətindən gizlədilən dərman vasitələri - 12 440 ədəd həb, 4066 ədəd kapsul, 162 ədəd və 41 qutu maye məhlul, 120 paket toz halında məhlul, 70 ədəd şam, 2 qutu iynə, 58 qutu və 613 ədəd maz, 1 qutu gel, həmçinin 4460 ədəd siqaret aşkar olunub.


 Faktlarla bağlı araşdırma aparılır.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO