Zərdabda DƏHŞƏTLİ QƏZA - Beş nəfər yanaraq həyatını itirdi - FOTO

Zərdabda DƏHŞƏTLİ QƏZA - Beş nəfər yanaraq həyatını itirdi - FOTO

Hazırda oxunan: Zərdabda DƏHŞƏTLİ QƏZA - Beş nəfər yanaraq həyatını itirdi - FOTO

635580

Zərdabda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KIA” markalı minik avtomobili traktorla toqquşub. Toqquşmadan sonra avtomobildə yanğın baş verib.

Qəza nəticəsində avtomobildə olan 5 nəfər yanaraq ölüb. Onlar 1989-cu il təvəllüdlü sürücü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə qəza zamanı xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO