Məktəblərdə direktor müavini olmaq istəyənlərin nəzərinə: Qeydiyyat tarixləri açıqlandı

Məktəblərdə direktor müavini olmaq istəyənlərin nəzərinə: Qeydiyyat tarixləri açıqlandı

Hazırda oxunan: Məktəblərdə direktor müavini olmaq istəyənlərin nəzərinə: Qeydiyyat tarixləri açıqlandı

632644

Avqustun 24-də dövlət ümumi təhsil müəssisələrində direktor müavini vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-də saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üzrə elektron qeydiyyat başlayacaq.

Namizədlər avqustun 27-si saat 15:00-dək miq.edu.az/muavin vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
 

Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra onlar müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.


Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları qiymətləndiriləcək.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO