Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Hazırda oxunan: Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
632533
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 20-də abortdan sonra vəfat edən Tovuz rayon sakini Lalə Quliyevanın ölümü ilə bağlı bəzi məqamlar məlum olub. Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 24 yaşlı qadının Sabunçu Tibb Mərkəzinə artıq ölü vəziyyətdə gətirildiyini açıqlayıb. Rəsmi məlumatda onun hamiləliyini hansı tibb müəssisəsində sonlandırdığı isə qeyd edilməyib.

Bizim.Media "Bakupost.az"a istinadla xəbər verir ki, Lalə Quliyeva Sabunçu Tibb Mərkəzinə "Vita Med Hospital"dan göndərilib.

Onu həmin klinikada qəbul edən mama-ginekoloq Yadigar Hüseynova olub.

Y.Hüseynova bildirib ki, Lalə Quliyevanı hospitala artıq qanaxma fonunda qəbul edib:

"Onlar mənim kəndçilərimdir. Avqustun 20-si anası mənə zəng etdi ki, Masazırdayıq, qızın halı pisdir, qanaxması var. Dedim, mən orada nə edə bilərəm? İşlədiyim yerə - "Vita Med Hospital"a gəlin. Qanaxma fonunda gəliblər. Bizim klinikada olanda huşu aydın idi, danışırdı. Qan itirmişdi, təzyiqi düşmüşdü. Biz lazımi tədbirləri gördük, təzyiqi normallaşdırıldı və protokol qaydasında Sabunçu Tibb Mərkəzinə göndərildi. USM yox idi.

Biz həmin anda heç nəyi dəqiq təyin edə bilmirdik. Yalnız ilkin müdaxilə edib təzyiqini normallaşdırdıq və təcili tibbi yardımla göndərdik. Günün ikinci yarısı olduğuna görə qan bankı yox idi, lazımi tədbirləri görə bilməyəcəyimiz üçün onu axşam saat 6-7 radələrində, təxminən 40 dəqiqəyə dövlət klinikasına göndərdik. "Vita Med"də abort əməliyyatı keçirilməyib".

Həkimin açıqlamasından məlum olur ki, Lalə Quliyeva "Vita Med Hospital"a Masazırdan gətirilib.

Y.Hüseynova qadının harada və hansı şəraitdə əməliyyat olunduğu ilə bağlı suallara cavab verməyib.

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO - foto 1
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO