Küvəz çatışmazlığı ilə gündəmə gələn Sabunçu Tibb Mərkəzində son durum necədir? – Rəsmi AÇIQLAMA

Küvəz çatışmazlığı ilə gündəmə gələn Sabunçu Tibb Mərkəzində son durum necədir? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Küvəz çatışmazlığı ilə gündəmə gələn Sabunçu Tibb Mərkəzində son durum necədir? – Rəsmi AÇIQLAMA

631961

Bir müddət əvvəl Sabunçu Tibb Mərkəzində neonatal küvəzlərin azlığını, bu səbəbdən valideynlərin yaşadıqları çətinlikləri gündəmə gətirmişdik. Mövzuyla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamada isə bildirilmişdi ki, küvəzlərin çatışmazlığı tibb müəssisəsində aparılan təmir işləri ilə əlaqədardır.

Qeyd edək ki, təmir bu il yanvarın 20-dən başlayıb.

Bəs hazırda bu işlər nə yerdədir? Təmir hələ də davam edir?

Bizim.Media mövzuyla əlaqədar TƏBİB-ə sorğu ünvanlayıb.
 

Qurumdan verilən cavabda qeyd edilib ki, Sabunçu Tibb Mərkəzinin Doğum şöbəsinin nəzdində fəaliyyət göstərən Yenidoğulmuşların intensiv terapiya bölməsində daha əvvəl başlanılmış təmir işləri hazırda müvəqqəti olaraq dayandırılıb:


“Təmir işlərinin növbəti mərhələsinin həyata keçirilməsi üçün tələb olunan iş və xidmətlərin satınalınması qanunvericiliyə uyğun olaraq dövlət satınalma proseduru çərçivəsində keçiriləcək. Müvafiq prosedur yekunlaşdıqdan və podratçı müəyyən edildikdən sonra təmir işləri davam etdiriləcək”.

Xatırladaq ki, qurumun əvvəlki açıqlamasında bildirilmişdi ki, müəssisədə görülən işlərlə əlaqədar 3 küvəz fəaliyyət göstərir. Bu say hələ də eynidir? Faəliyyət göstərən küvəzlərin sayı artırılıb?

Qurumdan qeyd olunub ki, hazırda Yenidoğulmuşların intensiv terapiya bölməsi 6 neonatal küvəzlə fəaliyyətini davam etdirir:

“Tibbi xidmətin fasiləsizliyinin təmin edilməsi məqsədilə zərurət yarandığı hallarda pasiyentlərin Sabunçu Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Doğum Evinə və 7 nömrəli Maştağa Xəstəxanasının Doğum şöbəsinə yönləndirilməsi təmin olunur”, - deyə TƏBİB-dən bildirilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO