İki uşağı əlindən alınan ana övladlarına qovuşdu– FOTO

İki uşağı əlindən alınan ana övladlarına qovuşdu– FOTO

Hazırda oxunan: İki uşağı əlindən alınan ana övladlarına qovuşdu– FOTO
631742
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə azyaşlı övladları əlindən alınan ana uşaqlarına qovuşub.

Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında məlumat verib. 

O qeyd edib ki, uşaqlar ötən gün analarına təhvil verilib: “Məsələ ilə bağlı qadın “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə (116111) müraciət edərək 7 və 4 yaşlı övladlarının görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirmişdi.
 

Qadının müraciəti əsasında məsələ Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara yönləndirilmiş, uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdi.


Polis və digər aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil verilib. Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana iki uşağına qovuşub”.

Qeyd edək ki, bir müddət əvvəl Gəncədə yaşayan 24 yaşlı Jalə adlı iki uşaq anasının övladlıarının atası tərəfindən qaçırılması iddiası ilə videomüraciət yaymışdı. O, uşaqlarını atasına görüşmək üçün verdiyini, lakin o vaxtdan onlardan xəbər ala bilmədiyini qeyd edir, tapılmaları üçün aidiyyəti orqanlardan kömək istəyirdi. 

İki uşağı əlindən alınan ana övladlarına qovuşdu– FOTO - foto 1
İki uşağı əlindən alınan ana övladlarına qovuşdu– FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO