Ucarda yük maşını aşdı: Avtomobildə olan pomidor və xiyar yola dağıldı - FOTO-VİDEO

Ucarda yük maşını aşdı: Avtomobildə olan pomidor və xiyar yola dağıldı - FOTO-VİDEO

Hazırda oxunan: Ucarda yük maşını aşdı: Avtomobildə olan pomidor və xiyar yola dağıldı - FOTO-VİDEO

631497

Ucarda tərəvəzlə (pomidor və xiyar) dolu yük maşını aşıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Pirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil beton arakəsməyə dəyərək aşıb.

Hadisə yerinə dərhal hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.


                        


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO