Böyük Şordan Dərnəgülə gedənlərə XƏBƏRDARLIQ

Böyük Şordan Dərnəgülə gedənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Böyük Şordan Dərnəgülə gedənlərə XƏBƏRDARLIQ
630723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Şor gölündən Dərnəgül istiqamətində hərəkət zamanı yolun beton panellərinin altından su sızdığı müşahidə olunur.
 
Bizim.Media xəbər verir ki, su axınının torpağı yuması nəticəsində panellərin altında boşluqlar yaranıb və bu vəziyyət yolun çökməsi ilə bağlı risk yaradır.
 
Qeyd edək ki, yol təxminən 2023-2024-cü illərdə salınıb. Tikinti zamanı qrunt və kanalizasiya sularının uzaqlaşdırılması üçün ərazidə drenaj sisteminin qurulduğu bildirilsə də, hazırkı mənzərə həmin sistemin effektivliyi ilə bağlı suallar doğurur.

Ərazidə diqqət çəkən digər problem isə beton panellərin üzərindəki üzlüklərin qoparaq tökülməsidir.

Daha əvvəl də bu barədə məlumat verilmiş, küləyin təsiri ilə qopan hissələrin avtomobillər üçün təhlükə yaratdığı qeyd olunmuşdu. Buna baxmayaraq, problemin hələ də aradan qaldırılmadığı görünür. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO