Əli Əsədovdan YENİ QƏRAR

Əli Əsədovdan YENİ QƏRAR

Hazırda oxunan: Əli Əsədovdan YENİ QƏRAR
629188
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nazirlər Kabineti "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası"nı və "Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası"nı təsdiq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, hər iki qayda Rəqabət Məcəlləsinə uyğun olaraq hazırlanıb. "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası"nda istifadə olunan anlayışlar Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
 

"Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası" da Rəqabət Məcəlləsinə uyğun olaraq hazırlanıb, bazar subyektləri tərəfindən təmərküzləşmələr haqqında rəqabət orqanına təqdim edilmiş ərizələrə baxılması, habelə rəqabət orqanına məlumat vermədən baş tutmuş və razılıq alınması tələb olunan təmərküzləşmələrin rəqabət orqanının öz təşəbbüsü ilə araşdırılması və təmərküzləşmələrə nəzarət tədbirləri zamanı tətbiq edilir.


Qaydaya uyğun olaraq təmərküzləşmələrin qiymətləndirilməsi zamanı iqtisadi nəzəriyyə, empirik və iqtisadi statistika əsaslı təhlillər aparılır, habelə müvafiq bazarla şaquli və üfüqi əlaqəli olan qonşu bazarlarda rəqabət vəziyyəti nəzərə alınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO