IV qrup üzrə ən yüksək nəticə ilə fərqlənən Qubadlı rayonu Mərdanlı kənd orta məktəbin şagirdi Zəhra Həsənli - FOTO

IV qrup üzrə ən yüksək nəticə ilə fərqlənən Qubadlı rayonu Mərdanlı kənd orta məktəbin şagirdi Zəhra Həsənli - FOTO

Hazırda oxunan: IV qrup üzrə ən yüksək nəticə ilə fərqlənən Qubadlı rayonu Mərdanlı kənd orta məktəbin şagirdi Zəhra Həsənli - FOTO

629092

İyulun 12-də keçirilmiş qəbul imtahanlarında IV ixtisas qrupu üzrə ən yüksək nəticə – 400 bal toplayan abituriyentlərdən biri də Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qubadlı rayonu Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbin şagirdi Zəhra Həsənlidir.

Zəhra blok imtahanlarında 400 tam bal, buraxılış imtahanlarıbda isə 281 olmaqla, ümumilikdə 681 bal toplayaraq respublika üzrə yüksək nəticə göstərənlər sırasındadır.  

Son illər  yüksək təhsil nəticələri ilə diqqət mərkəzinə düşən Mərdanlı kənd tam orta məktəbi sağlam tədris mühiti, müəllim kollektivinin peşəkarlığı ilə seçilir. Bu dəfə də ənənəsinə sadiq qalan məktəbdə formalaşdırılan düzgün və şagirdyönümlü yanaşma yüksək nəticələrin əldə olunmasında mühüm rol oynayır. Direktor Könül Kərimovanın rəhbərlik etdiyi təhsil müəssisəsində şagirdlərin potensialının üzə çıxarılması, onların müasir və keyfiyyətli təhsil alması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Bunun nəticəsi olaraq məktəb hər il belə nailiyyətlərə imza atır.


“Müəllim kollektivi olaraq çalışırıq ki, vətənimizə, millətimizə xeyirli vətəndaşlar yetişdirək, onlar savad və bilik göstəriciləri ilə rayonumuzun adını yüksək yerlərə ucaltsınlar. Həmçinin ölkəmizin ən nüfuzli ali məktəblərinə qəbul olunmaqla bizi sevindirsinlər” - deyə K. Kərimova vurğulayıb.  

Belə bir uğura imza atmağın sevincini bölüşən Z.Həsənli Azərbaycan Tibb Universiteti və “Qarabağ” Universitetinin tibb bölməsi arasında ixtisas seçimi etməyi planlaşdırdığını diqqətə çatdırıb.

Bununla da kifayətlənməyən abituriyent gələcəkdə tibb üzrə kifayət qədər nüfuz qazanmış Almaniyada təhsilini davam etdirməyi düşünür. Bu sahədə beynəlxalq təcrübə qazanmaq niyyətindədir.

Abituriyent imtahan nəticəsini öyrəndiyi anı həyəcanla xatırlayır:


“Nəticələri avtobusda səyahət edərkən öyrəndim. Sevincimin həddi-hüdudu yox idi. Uğur qazana bilməyən abituriyentlərə isə tövsiyəm ondan ibarətdir ki, özünüzü heç kimlə müqayisə etməyin. Başqalarına da sizinlə bağlı belə müqayisə aparmağa icazə verməyin. Hər insanın bəxti, şansı yerinə görə dəyişir.

Mənim bəxtim burda gətiribsə, əziyyət çəkən insanların da bəxti gələcəkdə başqa sahələrdə özünü göstərəcək. Əsas həyatda uğurlu olmaqdır ki, hər kəsə bunu arzulayıram”.  

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO