Yevlaxda pivə sexinin fəaliyyəti dayandırıldı – FOTO

Yevlaxda pivə sexinin fəaliyyəti dayandırıldı – FOTO

Hazırda oxunan: Yevlaxda pivə sexinin fəaliyyəti dayandırıldı – FOTO

629091

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yevlax rayonu, Malbinəsi kəndi (Yevlax–Bərdə avtomobil yolunun 7-ci kilometri) ünvanında yerləşən “Emil-N” istehsal-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, yoxlama zamanı müəssisənin müvafiq icazə sənədi olmadan fəaliyyət göstərdiyi, istehsal prosesində isə qida təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Məlum olub ki, məhsulun qablaşdırılmasında istifadə edilən şüşə butulkalar açıq su hovuzunda antisanitar şəraitdə yuyulur. 
 

Qanunvericiliyin tələbləri pozulmaqla istehsal olunmuş “Jiquli” əmtəə nişanlı pivə məhsulları aşkarlanaraq dövriyyəsinin qarşısı alınıb.


Faktla bağlı inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO