Musiqi və incəsənət məktəblərinin serifikatlaşdırılmasında qabiliyyət imtahanı ilə bağlı AÇIQLAMA

Musiqi və incəsənət məktəblərinin serifikatlaşdırılmasında qabiliyyət imtahanı ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Musiqi və incəsənət məktəblərinin serifikatlaşdırılmasında qabiliyyət imtahanı ilə bağlı AÇIQLAMA

629072

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, “Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiqlənib. Belə ki, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 beş ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırma test və müsahibə olmaqla iki mərhələdə həyata keçiriləcək.

Məlumdur ki, musiqi və incəsənət sahəsində çalışan müəllimlərin işi digər fənn müəllimlərindən fərqlənir. Onların peşəkarlığı təkcə nəzəri biliklə deyil, həm də ifaçılıq, yaradıcılıq və şagirdlə praktik işləmək bacarığı ilə ölçülür.

Belə olan halda müsahibə mərhələsində praktiki tətbiqi bacarıqlar yoxlanılacaqmı? Bu fənn müəllimlərinin sertifikatlaşdırılmasında qabiliyyət imtahanı keçirilməlidirmi?

Bizim.Media mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyevin fikrini öyrənib. Onun sözlərinə görə, sertifikatlaşdırmada nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların da qiymətləndirilməsi mümkündür:

“Bu mərhələnin qabiliyyət imtahanı formatında keçirilməsi düzgün yanaşma olmaz. Ali məktəblərə qəbul zamanı bu ixtisaslar üzrə qabiliyyət imtahanı tələb olunsa da, müəllimlər üçün eyni tələbin irəli sürülməsi məqsədəuyğun deyil.

Müəllimlərin yaş amili nəzərə alınmalıdır. Məsələn, fiziki tərbiyə müəllimi müəyyən yaşdan sonra qaçış və ya digər fiziki normativləri əvvəlki səviyyədə yerinə yetirməyə bilər. Bu isə onun peşəkarlığının zəif olması demək deyil. Eyni yanaşma musiqi sahəsinə də aiddir. Müəyyən yaşdan sonra səs tembri və ya ifa imkanlarında dəyişikliklər baş verə bilər. Buna görə də müəllimin peşə fəaliyyətini yalnız qabiliyyət göstəriciləri əsasında qiymətləndirmək düzgün olmaz”.

R.Nurəliyevin fikrincə, sertifikatlaşdırmada nəzəri biliklərin və metodiki hazırlığın yoxlanılması kifayət qədər obyektiv meyardır. Bu, müəllimin peşə fəaliyyətini qiymətləndirmək üçün daha uyğun üsuldur:
 

“Müəllimlə şagirdi eyni meyarlarla qiymətləndirmək doğru yanaşma hesab edilə bilməz və bu, gələcəkdə müəyyən problemlər yarada bilər. Digər fənn müəllimlərində olduğu kimi, musiqi, incəsənət və fiziki tərbiyə müəllimlərinin də sertifikatlaşdırılması əsasən nəzəri və metodiki biliklər üzərindən aparılmalıdır. Xüsusi qabiliyyət imtahanına cəlb edilmələri isə məqsədəuyğun hesab edilmir”.


Xatırladaq ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, 3 il müddətində ilk dəfə işə qəbul olunanlar, azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO