Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Hazırda oxunan: Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI
628441
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 nəfər qeydiyyata alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 

Hepatit B xəstələrinin 6-sı, hepatit C xəstələrinin isə 8-i qadın olub. 2026-cı ilin ilk yarısında hepatit C-yə yoluxan bir nəfər 0–17, 13-ü isə 18 və yuxarı yaş kateqoriyasına daxildir. Hepatit B-nin eyni dövr üçün göstəricisinə görə, üç nəfər 0-17, 11 nəfər isə 18 və yuxarı yaşları əhatə edir.


Məlumata görə, 2025-ci ildə hepatit B diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. Bu göstərici 2024-cü illə müqayisədə 11 nəfər və ya 21,6 % çoxdur.

Bununla yanaşı, hepatit C diaqnozu ilə qeydiyyata alınanların sayı azalıb. Belə ki, 2024-cü ildə 142 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 47 nəfərə düşüb. Bu isə 95 nəfər və ya 66,9 % azalma deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO