Naxçıvanda “Fortuna” şirkətinin tikinti qalmaqalı: Sakinlər yarımsökülmüş binada acınacaqlı vəziyyətdə qalıblar - VİDEO

Naxçıvanda “Fortuna” şirkətinin tikinti qalmaqalı: Sakinlər yarımsökülmüş binada acınacaqlı vəziyyətdə qalıblar - VİDEO

Hazırda oxunan: Naxçıvanda “Fortuna” şirkətinin tikinti qalmaqalı: Sakinlər yarımsökülmüş binada acınacaqlı vəziyyətdə qalıblar - VİDEO

628365

Naxçıvanda daha bir tikinti şirkəti vətəndaşları çarəsiz vəziyyətdə qoyub. Şəhərin Heydər Əliyev prospekti 22 ünvanında yerləşən bina iki ildir ki, yarımsökülmüş halda atılıb. Yeni mənzil vəd olunaraq evlərindən çıxarılan sakinlər nə kirayə pulu ala bilirlər, nə də sığınacaq.

Bizim.Media xəbər verir ki, Space TV-nin regional müxbiri Həmid Zakiroğlu Naxçıvanın mərkəzində baş verən acınacaqlı mənzərəni yerində araşdırıb.

"Bizi zibilxana və antisanitariya ocağı ilə baş-başa qoyublar"

Sakinlərin sözlərinə görə, iki il əvvəl "Fortuna" tikinti şirkətinin nümayəndələri əraziyə gələrək binanın söküləcəyini və yerində modern yaşayış kompleksinin inşa olunacağını bildiriblər. Lakin görülən tək iş binanın birinci mərtəbələrini və bəzi obyektləri sökərək tikintini yarımçıq dayandırmaq olub.
 

Hazırda binanın sökülmüş hissələri antisanitariya mənbəyinə, sahibsiz insanların toplaşdığı məkana çevrilib. Sakinlər bildirir ki, dəfələrlə aidiyyəti qurumlara — İcra Hakimiyyətinə və Ali Məclisə, Nazirlər Kabinetinə müraciət etsələr də, hər dəfə şirkəti göstərərək məsuliyyətdən yayınırlar.


"Nə müqavilə bağlandı, nə pul verildi, nə də mənzil. Birinci mərtəbələri söküb zibilxanaya çeviriblər. Hətta bir dəfə yanğın da baş verdi, Fövqəladə Hallar Nazirliyinə zəng etdik, maraqlanmadılar. Bizi sadəcə aldadıblar" — binanın sakini Fəridə Kazımova deyir.

Şirkət suallardan qaçır, bəhanə isə hazırdır

Çəkiliş heyəti məsələyə aydınlıq gətirmək üçün şirkətin Naxçıvandakı nümayəndəliyinə yaxınlaşsa da, çəkilişə icazə verilməyib və rəhbərliyin yerində olmadığı bildirilib.

Buna baxmayaraq, şirkət tərəfindən verilən rəsmi açıqlamada gecikmələrin "layihədə texniki düzəlişlər və icazə sənədlərinin toplanması" ilə bağlı olduğu, yaxın vaxtlarda tikintinin bərpa ediləcəyi iddia olunub.

Daha ətraflı Space TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO