Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Hazırda oxunan: Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR
627818
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda hər 100 diabet xəstəsindən 97-si 30 yaşdan yuxarıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, qeydiyyatda olan 344 min 577 diabet xəstəsinin 27 min 326 nəfəri insulinasılı, 317 min 251 nəfəri isə insulinasılı olmayan şəkərli diabetdən əziyyət çəkir.
 

Beləliklə, diabet xəstələrinin təxminən 92 faizi insulinasılı olmayan diabet növünə malikdir. Cins bölgüsünə nəzər saldıqda məlum olur ki, 191 min 285 qadın və 153 min 292 kişi diabet diaqnozu ilə qeydiyyatdadır. Bu isə o deməkdir ki, qeydiyyatda olan hər 10 diabet xəstəsindən təxminən 6-sı qadın, 4-ü isə kişidir.


Yaş qrupları üzrə statistika xəstəliyin əsasən yetkin yaşlarda daha geniş yayıldığını göstərir. Belə ki, 30 yaş və yuxarı şəxslər arasında diabet diaqnozu ilə qeydiyyatda olanların sayı 334 min 948 nəfər təşkil edir. Bu, bütün qeydiyyatda olan diabet xəstələrinin 97 faizindən çoxu deməkdir.

Bununla yanaşı, 18–29 yaş arasında 6 min 957 nəfər, 0–17 yaş qrupunda isə 2 min 672 nəfər şəkərli diabet diaqnozu ilə qeydiyyatdadır. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO