Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, hamilə vəziyyətində olan 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın iyulun 14-də ev şəraitində ona antibiotik preparatının inyeksiya edilməsindən sonra səhhəti pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilməsi, iyulun 15-də isə müalicə aldığı xəstəxanada özünün və bətnindəki dölün ölməsi faktı ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media xəbər verir ki, bu fikirlər Baş Prokurorluğun yaydığı məlumatda yer alıb.
Qurumdan bildirilib ki, hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərarın qəbul edilməsi təmin olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:35 / 16.07.2026
Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA
Hazırda oxunan: Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA
Hazırda oxunan: Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA
625667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































