“Uşaqlara sosial şəbəkə məhdudiyyəti qoyulursa, alternativlərin təşkili nəzərə alınmalıdır”

“Uşaqlara sosial şəbəkə məhdudiyyəti qoyulursa, alternativlərin təşkili nəzərə alınmalıdır”

Hazırda oxunan: “Uşaqlara sosial şəbəkə məhdudiyyəti qoyulursa, alternativlərin təşkili nəzərə alınmalıdır”

624295

“Burada söhbət əgər uşaqların rəqəmsal asılılığının azaldılmasından gedirsə, tədbirlər təkcə rəqəmsal mühitin özünə yönəlməməlidir. Rəqəmsal mühitdən kənar sosiallaşmaya da diqqət edilməlidir. 16 yaşınadək uşaqlara əgər müəyyən məhdudiyyətlər qoyulursa, onlar üçün rəqəmsal mühitdən kənar alternativlərin olması da var, asudə vaxtlarının səmərəli təşkili nəzərə alınmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli parlamentdə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

"Elə kateqoriyaya aid uşaqlar var ki - xüsusilə, zorakılığa məruz qalmış uşaqlar - onlar qaynar xəttə müraciətlərini sosial şəbəkələr vasitəsilə edirlər. Onlara xüsusi yanaşma tətbiq olunmalıdır" - deyə o qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO