Allergiyadan əziyyət çəkənlərin yeməməli olduğu meyvə-tərəvəzlər: Buna dözmək üçün DAŞ olmalısan...

Allergiyadan əziyyət çəkənlərin yeməməli olduğu meyvə-tərəvəzlər: Buna dözmək üçün DAŞ olmalısan...

Hazırda oxunan: Allergiyadan əziyyət çəkənlərin yeməməli olduğu meyvə-tərəvəzlər: Buna dözmək üçün DAŞ olmalısan...

624212

Xroniki xəstəliklərdən ən xoşagəlməzi olan allergiya öz məhdudiyyətləri ilə həyat şəraitinə mənfi təsir göstərir. Xüsusilə yay aylarında insanın ürəyi müxtəlif meyvələr yeyib təbiətin dadlı nemətlərindən zövq almaq istəyir, amma onlar da orqanizmə düşmən kəsilir.

Yəni hamıya dost olan, bol vitamin verən meyvə-tərəvəzlər allergiklərə düşmən kəsilib.

Həkimlərin “hər gecə yatmazdan qabaq bir alma yeyən 100 il yaşayar” aksioması allergiyadan əziyyət çəkənlərə şamil edilmir. Çünki Adəmi yerindən-yurdundan edən bu məsum görünüşlü meyvə elə bəzi insanlar üçün şeytanlıq etməkdə israrlıdır.
 

Onu yeyən allergik insan peşman olacaq. Bundan başqa  armud, gavalı, şaftalı, ərik, kivi və digər sitrus meyvələri (limon başda olmaqla!), yerkökü, kərəviz, kartof, pomidor, xiyar, soğan, badam, fındıq, qoz və göyərtiləri (şüyüd, cəfəri), mayalı çörək də “qara siyahı”ya düşməlidir.


Həmçinin makarondan, dənli bitkilərdən (yulaf, bulqur, düyü), kvasdan, pivədən və viskidən çəkinin. Bu son deyil: günəbaxan toxumlarından, ev üsulu sıxma günəbaxan yağından, yemişdən, qarpızdan, hətta çobanyastığı, razyana kimi bitki mənşəli çaylardan da çəkinmək vacib buyrulur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO