Evdə meyitləri tapılan kişi və arvadının qətlinin TƏFƏRRÜATI

Evdə meyitləri tapılan kişi və arvadının qətlinin TƏFƏRRÜATI

Hazırda oxunan: Evdə meyitləri tapılan kişi və arvadının qətlinin TƏFƏRRÜATI

624098

Bakıda baş verən qətlin daha bir təfərrüatı məlum olub.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisəyə səbəb Nübar Bağırovanın həyat yoldaşı Çoşqun Bağırovdan boşanmaq istəməsi olub.

Çoşqun Bağırov həbsdə olduğu müddətdə Nübar övladlarını saxlamaq üçün işləməyə başlayıb.

Çoşqun azadlığa çıxdıqdan sonra dəfələrlə həyat yoldaşı ilə barışmağa çalışsa da, Nübar buna razılıq verməyib. Nübar evlərinin satılmasına qarşı olsa da, Çoşqun yaşadıqları mənzili satıb.
 

Daha sonra isə Nübar bir müddət kirayədə qaldıqdan sonra anasının yarımçıq tikili evinə köçüb və qardaşı ilə birlikdə evi təmir edərək övladları ilə orada yaşayıb.


Çoşqun həbsdən çıxdıqdan sonra Nübar onunla barışmaq istəməsə də, anası onları yenidən bir araya gətirib. Bundan sonra ana Rusiyaya köçüb. Ailə iki il bir yerdə yaşasa da, Nübar və Çoşqun arasında tez-tez mübahisələr düşürmüş.

İyulun 7-də Çoşqun övladlarını Nübarın qardaşıgilə aparıb və bir müddət orada qalmasını istəyib. Gecə saatlarında isə o, cinayəti törədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO