Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qara dəniz Kənd Təsərrüfatı Tədqiqatı İnstitutunda yetişdirilən 20 min “samuray arısı” zərərvericilərə qarşı mübarizəni yaxşılaşdırmaq məqsədilə ölkəmizin Zaqatala və Balakən rayonlarında vəhşi təbiətə buraxılıb.
Bizim.Media xəbər verir ki, Türkiyənin bir qrup kənd təsərrüfatı mühəndisi də bu arı növünün laboratoriya şəraitində yetişdirilməsi üzrə Azərbaycanda təlim kursları təşkil edib.
İnstitut zərərvericilərə qarşı mübarizə üçün bioloji metodların geniş tətbiqi də daxil olmaqla Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu vurğulayıb. (azertag.az)

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:43 / 08.07.2026
Vəhşi təbiətə 20 min “samuray arısı” buraxıldı - FOTO
Hazırda oxunan: Vəhşi təbiətə 20 min “samuray arısı” buraxıldı - FOTO
Hazırda oxunan: Vəhşi təbiətə 20 min “samuray arısı” buraxıldı - FOTO
624097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































