
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 07.07.2026
1 dəq oxunma
Qusar qəzasında Rusiya vətəndaşı HƏLAK OLDU
Hazırda oxunan: Qusar qəzasında Rusiya vətəndaşı HƏLAK OLDU
623760
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, hadisə Samur–Şirvanovka avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb.
İyulun 6-sı, səhər saat 05:07 radələrində Rusiya Federasiyası vətəndaşı, 24 yaşlı Rukmitdin Mustafayevin idarə etdiyi "Volvo" markalı yük avtomobili hərəkətdə olarkən sərt döngədə idarəetmədən çıxıb. Nəticədə avtomaşın yolun kənarına çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü avtomobilin kabinəsində sıxılıb və aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən



































































































